RFO loqosu

Azercell Cup

Məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, komputer mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması, müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi ilə fərqlənən, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi və onların dəstəklənməsi, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandasına dəvət edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən “Azercell Telekom” MMC-nin dəstəyi ilə “Azercell CUP” proqramlaşdırma müsabiqəsi təşkil edilir.

Müsabiqə ilk dəfə 2021-ci ildə keçirilmişdir. İlk illərdə, yəni 2021 və 2022-ci illərdə müsabiqə həm 6–7-ci sinif şagirdləri, həm də ayrıca 8-ci sinif şagirdləri üçün təşkil olunurdu. Bu dövrdə 6 və 7-ci siniflər bir qrupda yarışır, 8-ci siniflər isə ayrıca bir kateqoriya üzrə iştirak edirdi.

Lakin 2023-cü ildən etibarən müsabiqənin formatında dəyişiklik edilmiş və yalnız 6 və 7-ci sinif şagirdlərinin iştirakı ilə davam etdirilmişdir. 8-ci siniflər bu ildən etibarən müsabiqədən çıxarılmışdır.

Final mərhələnin qaliblər növbəti tədris ilində Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təşkil edilən beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət edilirlər.

Kecirilme formatı

Müsabiqədən qeydiyyat keçdikləri vaxt şagirdlərdən ad, soyad və təhsil aldıqları ümumtəhsil müəssisəsini düzgün qeyd etmək xahiş olunur.

Əlavə olaraq, CodeAny platformasına daxil olaraq müsabiqə mühitini əldə edə, sınaq imtahanlarına qoşula və köhnə illərin müsabiqə tapşırıqlarını yerinə yetirə bilərsiniz

📚 İllər üzrə statistika və nəticələr

Ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell Cup saytına baxa bilərsiniz.