RFO loqosu

Avropa Qızlar İnformatika Olimpiadası (EGOI)

EGOİ (European Girls' Olympiad in Informatics) — yalnız qız şagirdlər üçün nəzərdə tutulmuş beynəlxalq informatika olimpiadasıdır. Bu olimpiada Avropa ölkələri arasında gender bərabərliyini təşviq etmək, qızların informasiya texnologiyaları və alqoritmik düşüncə sahələrinə marağını artırmaq məqsədi ilə təşkil olunur.

EGOİ ilk dəfə 2021-ci ildə İsveçrədə keçirilmişdir. Olimpiada modeli Beynəlxalq İnformatika Olimpiadasına (IOI) əsaslanır. Yarış iki rəsmi yarış günündən ibarət olur və iştirakçılar fərdi şəkildə proqramlaşdırma tapşırıqlarını həll edirlər.

Olimpiadada əsasən Avropa ölkələrinin komandaları iştirak etsə də, bir çox digər ölkələr də müşahidəçi və ya qonaq statusunda qatılır. Hər bir ölkə maksimum dörd qız iştirakçı və bir neçə rəhbərdən ibarət komanda ilə təmsil olunur.

Yarışın məqsədləri arasında texnologiya sahəsində qadınların təmsilçiliyini artırmaq, iştirakçılar arasında beynəlxalq dostluqları təşviq etmək və gənc proqramçı qızların inkişafına dəstək vermək yer alır.

EGOİ həm də müxtəlif mədəniyyətlərin və təcrübələrin paylaşılması üçün əhəmiyyətli bir platforma sayılır. Yarışla yanaşı, mədəni və sosial tədbirlər də keçirilir.

Azərbaycan və EGOI

Azərbaycan Respublikası EGOI-də ilk dəfə 2022-ci ildə iştirak etmişdir. Qısa müddət ərzində ölkəmizin qadın iştirakçıları informatika sahəsində öz bacarıqlarını nümayiş etdirərək uğurlar qazanmışdır. İndiyədək azərbaycanlı iştirakçılar EGOI-də 1 qızıl, 2 gümüş, 5 bürünc medal və 2 həvəsləndirici mülafat əldə edərək ölkəmizi layiqincə təmsil etmişdir.

Ətraflı məlumat əldə etmək üçün rəsmi sayta baxa bilərsiniz.