
Respublika Fənn Müsabiqələri (RFM) – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və ARTİ (Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərəfindən VI və VII sinif şagirdləri üçün təşkil olunan ölkə səviyyəli fənn yarışmasıdır.
Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, informatika və təbiət fənləri üzrə keçirilir.
Respublika Fənn Müsabiqələrinin (RFM) keçirilməsinin əsas məqsədi ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdlərində təbiət və riyaziyyat yönümlü fənlərə marağı artırmaq, onların elmi düşüncə tərzini formalaşdırmaq və bu sahədə istedadlı şagirdləri erkən mərhələdə aşkar etməkdir. Müsabiqə, eyni zamanda, şagirdlərin analitik təhlil və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, onların fənlər üzrə dərindən öyrənməyə təşviq olunmasını təmin etmək və gələcəkdə beynəlxalq səviyyəli olimpiadalarda ölkəni təmsil edə biləcək potensiallı şagirdləri seçərək müvafiq hazırlıq proqramlarına cəlb etmək məqsədi daşıyır.
RFM 3 mərhələdən ibarətdir:
Respublika Fənn Müsabiqələrində iştirak etmək istəyən şagirdlər hər il açıqlanan rəsmi qeydiyyat tarixlərində qeydiyyatdan keçməlidirlər. Bu proses portal.edu.az platforması üzərindən aparılır.Şagirdlər qeyd olunan tarixlər arasında sistemə daxil olaraq məlumatlarını təqdim etməli və fənn seçimi etməlidirlər.