RFO loqosu

RFO Kimya

Kimya fənni üzrə Respublika Fənn Olimpiadası (RFO), ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin kimyəvi biliklərini, məntiqi və analitik düşünmə bacarıqlarını, kimyəvi prosesləri anlama və tətbiqetmə qabiliyyətlərini qiymətləndirmək məqsədilə keçirilən nüfuzlu elmi yarışmadır.

Olimpiadanın əsas məqsədi kimya elminə maraq göstərən şagirdləri stimullaşdırmaq, onların yaradıcılıq potensialını və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, gələcəyin kimyaçı alimlərinin və mühəndislərinin formalaşmasına dəstək olmaqdır. Yarışmanın iştirakçıları kimyəvi nəzəriyyələri, anlayışları və hesablamaları tətbiq edərək öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Final mərhələsində uğur qazanan iştirakçılar medal və diplomlarla təltif edilir və yüksək nəticə göstərənlər beynəlxalq olimpiadalarda ölkəmizi təmsil etmək şansı əldə edirlər.


Olimpiadanın keçirilmə mərhələləri və forması aşağıdakı kimidir:

  1. Rayon/Şəhər və Yarımfinal Mərhələsi
    • Bu mərhələlər digər fənnlər ilə eyni şəkildə keçirilir

  2. Final Mərhələsi
    • Kimya fənni üzrə final mərhələsi bir günlük formatda keçirilir.
    • İştirakçılara 4-5 nəzəri sual təqdim olunur və onların həlli üçün müəyyən vaxt ayrılır.
    • Tapşırıqlar əsasən kimyəvi nəzəriyyələrə, reaksiyaların tənliklərinə, hesablamalara və məntiqi təhlillərə əsaslanır.
    • Qaliblər müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar.

📚 İllər üzrə statistika və nəticələr

Proqram və bəzi faydalı resurslar