RFO loqosu

RFO Coğrafiya

Coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadası (RFO), ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin coğrafi təfəkkürünü, məntiqi düşünmə qabiliyyətini, ətraf mühiti anlama və təhlil etmə bacarıqlarını, eləcə də nəzəri və tətbiqi coğrafiya biliklərini qiymətləndirmək məqsədilə keçirilən nüfuzlu elmi yarışmadır.

Olimpiadanın əsas məqsədi coğrafiya elminə maraq göstərən şagirdləri stimullaşdırmaq, onların tədqiqatçılıq və analitik düşüncə bacarıqlarını inkişaf etdirmək, gələcəyin alim və mütəxəssislərinin formalaşmasına dəstək olmaqdır. Yarışmanın iştirakçıları müxtəlif coğrafi hadisələrin və problemlərin həllində nəzəri biliklərini tətbiq edərək öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Final mərhələsində uğur qazanan iştirakçılar medal və diplomlarla təltif edilir və yüksək nəticə göstərənlər beynəlxalq olimpiadalarda ölkəmizi təmsil etmək imkanı qazanırlar.


Olimpiadanın keçirilmə mərhələləri və forması aşağıdakı kimidir:

  1. Rayon/Şəhər və Yarımfinal Mərhələsi
    • Bu mərhələlər digər fənnlər ilə eyni şəkildə keçirilir

  2. Final Mərhələsi
    • 2024 dən başlayaraq final mərhələsində iştirakçılar beynəlxalq formatında 2 gün ərzində yarışırlar.
    • Birinci gün nəzəri mərhələdir: iştirakçılara 3-5 tapşırıq təqdim olunur və onların həlli üçün 3 saat vaxt ayrılır.
    • İkinci gün praktik mərhələdir: şagirdlər real həyatda rast gəlinən fiziki hadisələrin modelləşdirilməsi, ölçmələr aparılması və nəticələrin analiz edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
    • Tapşırıqların çətinlik səviyyəsi yüksəkdir
    • Qaliblər müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunur.

📚 İllər üzrə statistika və nəticələr

Proqram və bəzi faydalı resurslar