
Tarix fənni üzrə Respublika Fənn Olimpiadası (RFO), şagirdlərin tarixi hadisələri, dövrləri və prosesləri analiz etmək, səbəb-nəticə əlaqələrini qurmaq, məntiqi və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilən nüfuzlu elmi yarışıdr.
Olimpiadanın əsas məqsədi tarixi biliklərə marağı artırmaq, şagirdlərin araşdırma və məntiqi nəticə çıxarma bacarıqlarını gücləndirmək və milli-mədəni irsimizin öyrənilməsinə töhfə verməkdir.
Final mərhələsində uğur qazanan iştirakçılar medal və diplomlarla təltif edilir və yüksək nəticə göstərənlər beynəlxalq səviyyədə ölkəmizi təmsil etmək imkanı əldə edirlər.
Olimpiadanın keçirilmə mərhələləri və forması aşağıdakı kimidir: