RFO loqosu

RFO İnformatika

İnformatika fənni üzrə Respublika Fənn Olimpiadası (RFO), ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin alqoritmik düşüncə, məsələ analizi, proqramlaşdırma bacarıqları və kompüter elmləri üzrə biliklərinin qiymətləndirilməsi məqsədilə keçirilən nüfuzlu elmi yarışmadır.

Bu fənn üzrə olimpiada, təkcə proqramlaşdırma bacarıqlarının deyil, həm də təfəkkür çevikliyinin, problem həll etmə üsullarının və kompüter elmləri sahəsində sistemli düşüncənin inkişafını hədəfləyir.

İnformatika RFO, beynəlxalq informatika olimpiadalarına (IOI və s.) hazırlıq baxımından da olduqca əhəmiyyətli pillə hesab olunur. Burada uğur qazanan şagirdlər sonrakı mərhələlərdə milli və beynəlxalq seçim turlarında iştirak hüququ qazanırlar.


Olimpiadanın keçirilmə mərhələləri və forması aşağıdakı kimidir:

  1. Rayon/Şəhər Mərhələsi
    • Bu mərhələdə şagirdlər Codeforces tipli platforma üzərindən 3 və ya 4 proqramlaşdırma tapşırığını C++, Python və ya digər dəstəklənən dillərdə həll etməlidirlər.
    • Vaxt məhdudiyyəti: 3 saat.
    • Tapşırıqlar əsasən sadə və orta çətinlikli alqoritmlərdən ibarət olur.
    • Qiymətləndirmə tam avtomatlaşdırılmış sistemlə aparılır.

  2. Yarımfinal Mərhələsi
    • Bu mərhələdə iştirak edən şagirdlərə 4 və ya 5 tapşırıq təqdim olunur.
    • Hər tapşırıq üçün müəyyən test halları üzrə qismən və ya tam bal əldə etmək mümkündür.
    • Bu mərhələ artıq çətin alqoritm və verilənlər strukturlarını əhatə edir
    • Vaxt məhdudiyyəti: 3 və ya 4 saat

  3. Final Mərhələsi
    • 2025 dən başlayaraq final mərhələsində iştirakçılar əsl IOI formatında 2 gün ərzində yarışırlar.
    • Hər gün üçün 3 tapşırıq və 3 saat vaxt.
    • Tapşırıqların çətinlik səviyyəsi yüksəkdir
    • Qaliblər müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunur.

Aşağı yaş qrupu üzrə medal bölgüsü digər fənnlər ilə eynidir. Yuxarı yaş qrupu üzrə isə 2025-ci ildən başlayaraq 45 nəfər medal ilə təltif olunur.

📚 İllər üzrə statistika və nəticələr

Proqram və bəzi faydalı resurslar