
Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadası (RFO), ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin məntiqi təfəkkürünü, analitik düşünmə qabiliyyətini və riyazi biliklərini qiymətləndirmək məqsədilə keçirilən nüfuzlu elmi yarışmadır.
Olimpiadanın əsas məqsədi riyaziyyata maraq göstərən şagirdləri stimullaşdırmaq, onların yaradıcılıq və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, gələcəyin riyaziyyatçıları, mühəndisləri və tədqiqatçılarının formalaşmasına dəstək olmaqdır. Yarışmanın iştirakçıları müxtəlif riyazi problemləri həll edərək öz bilik və bacarıqlarını nümayiş etdirirlər.
Final mərhələsində uğur qazanan iştirakçılar medal və diplomlarla təltif edilir və yüksək nəticə göstərənlər beynəlxalq riyaziyyat olimpiadalarında ölkəmizi təmsil etmək imkanı əldə edirlər.
Olimpiadanın keçirilmə mərhələləri və forması aşağıdakı kimidir:
Aşağı yaş qrupu üzrə medal bölgüsü digər fənnlər ilə eynidir. Yuxarı yaş qrupu üzrə isə 2025-ci ildən başlayaraq 45 nəfər medal ilə təltif olunur.