
Fizika fənni üzrə Respublika Fənn Olimpiadası (RFO), ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin fiziki təfəkkürünü, məntiqi düşünmə qabiliyyətini, təbii hadisələri analiz və modelləşdirmə bacarıqlarını, eləcə də nəzəri və tətbiqi fizika üzrə biliklərini qiymətləndirmək məqsədilə keçirilən nüfuzlu elmi yarışmadır.
Olimpiadanın əsas məqsədi fizika elminə maraq göstərən şagirdləri stimullaşdırmaq, onların yaradıcılıq və analitik düşüncə bacarıqlarını inkişaf etdirmək, gələcəyin mühəndis və alimlərinin formalaşmasına dəstək olmaqdır. Yarışmanın iştirakçıları müxtəlif fiziki hadisələrin və problemlərin həllində nəzəri biliklərini tətbiq edərək öz bilik və bacarıqlarını nümayiş etdirirlər.
Final mərhələsində uğur qazanan iştirakçılar medal və diplomlarla təltif edilir və yüksək nəticə göstərənlər beynəlxalq olimpiadalarda ölkəmizi təmsil etmək şansı əldə edirlər.
Olimpiadanın keçirilmə mərhələləri və forması aşağıdakı kimidir: