ŞNX (Şagird Nailiyyət Xalı) Hesablama Qaydası

İllik ŞNX hesablanarkən şagirdlərin olimpiadalardakı nailiyyətləri əsas götürülür. Hər bir olimpiadada əldə olunan nəticələrə uyğun ballar verilir və bu ballar əvvəlki illərlə cəmlənərək sıralama tərtib olunur.

Siyahı "ən çoxdan - ən aza" prinsipi ilə sıralanır. İlin liderləri hazırlanarkən 8-ci sinifdən aşağı siniflərdə oxuyanlarla 8 və daha yuxarı sinif şagirdləri ayrıca qruplaşdırılır.

Olimpiada üçün verilmiş əsas xal ilə yanaşı, YSX (Yarış Status Xalı) da əlavə edilir.

YSX (Yarış Status Xalı) nədir?

YSX yarışın nüfuzu, rəqabət səviyyəsi, beynəlxalq tanınması və təşkilatçılıq kimi meyarlara əsaslanaraq əvvəlcədən idarə tərəfindən müəyyən edilir.

YSX hansı yarışlara tətbiq olunur?

Beynəlxalq olimpiadalara YSX tətbiq olunur.

8-ci sinifdən aşağı şagirdlər üçün ballandırma sistemi

Respublika Fənn Müsabiqələri və Azercell Cup (YSX = 0):

  • Bürünc medal – 1 xal
  • Gümüş medal – 2 xal
  • Qızıl medal – 3 xal

8-ci sinif və yuxarı siniflər üçün ballandırma sistemi

Respublika Fənn Olimpiadaları:

  • Final mərhələsinə vəsiqə – 2 xal
  • Bürünc medal – 3 xal
  • Gümüş medal – 4 xal
  • Qızıl medal – 5 xal
  • Birincilərin Birincisi (FoF) – 6 xal

Astronomiya Olimpiadası:

  • Bürünc medal – 1 xal
  • Gümüş medal – 2 xal
  • Qızıl medal – 3 xal

Beynəlxalq Olimpiadalar

  • Komandaya düşmək və iştirak – 4 xal
  • Həvəsləndirici mükafat – 5 xal
  • Bürünc medal – 6 xal
  • Gümüş medal – 7 xal
  • Qızıl medal – 8 xal

YSX dəyərləndirməsi:

  • Bütün ISO siyahısındakı olimpiadalar üçün YSX = 1
  • Qızlara məxsus olimpiadalar (EGOİ, EGMO), Əl-Xarəzmi və İCO üçün YSX = -1

ŞNX hesablanma nümunəsi

Şagird: Aysu M.

  • Respublika Fənn Olimpiadası — Gümüş medal → 4 xal
  • Azercell-Cup — Qızıl medal → 3 xal
  • EGOI — Bürünc medal → 6 xal + YSX(-1) = 5 xal
  • IOI Beynəlxalq Olimpiadasında iştirak → 4 xal + YSX(1) = 5 xal
  • IOI — Bürünc medal → 6 xal + YSX(1) = 7 xal

Cəmi ŞNX: 4 + 3 + 5 + 5 + 7 = 24 xal