RFO loqosu

Respublika Fənn Olimpiadası (RFO)

Respublika Fənn Olimpiadası (RFO), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan, ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən intellektual yarışmadır. RFO-nun əsas məqsədi istedadlı və elmi maraqları olan gəncləri erkən yaşlardan aşkar etmək, onların potensialını üzə çıxarmaq və inkişaf etdirməkdir.

Olimpiada Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, Biologiya, Informatika, Tarix və İnformatika fənləri üzrə təşkil olunur.

Respublika Fənn Olimpiadasında iştirakçılar iki yaş qrupunda yarışırlar:

  1. Aşağı Yaş Qrupu (AYQ) — 8 və 9-cu sinif şagirdləri
  2. Yuxarı Yaş Qrupu (YYQ) — 10 və 11-ci sinif şagirdləri

Bu bölgü qiymətləndirmə zamanı şagirdlərin yaşlarına uyğun bilik səviyyəsinin nəzərə alınmasını təmin edir. Hər yaş qrupu üzrə tapşırıqlar, statistik hesablama, keçid balları və mükafatlandırma ayrıca aparılır. Yəni, hər mərhələdə AYQ və YYQ üçün ayrı nəticələr və medallar müəyyən edilir. Bu yanaşma həm elmi ədalət prinsipinə əsaslanır, həm də şagirdlərin öz yaş səviyyəsinə uyğun rəqabət etməsinə şərait yaradır.

RFO 3 mərhələdən ibarətdir:

Respublika Fənn Olimpiadasında iştirak etmək istəyən şagirdlər hər il açıqlanan rəsmi qeydiyyat tarixlərində qeydiyyatdan keçməlidirlər. Bu proses portal.edu.az platforması üzərindən aparılır.Şagirdlər qeyd olunan tarixlər arasında sistemə daxil olaraq məlumatlarını təqdim etməli və fənn seçimi etməlidirlər.

  1. Hər bir şagird yalnız bir fənn üzrə iştirak edə bilər.
  2. İstisna hal olaraq, şagirdlər eyni zamanda həmçinin Informatika fənni üzrə də ayrıca qeydiyyatdan keçə bilərlər. Bu, yalnız Informatika fənni üçün tətbiq olunan istisna haldır və qeydiyyat zamanı sistemdə ayrıca seçim imkanı təqdim olunur.

📚 Fənlər

📚 İllər